Bombalardan qaçan minlərlə suriyalı Türkiyə sərhədinə axın etdi – Fotolar+Video

Без рубрики

Rusiyanın hərbi hava qüvvələri və Əsəd rejimi gücləri İdlibi bombalayıb.

Nsa.ge “Haberler”ə isitnadən xəbər verir ki, hava hücumundan qaçmağa başlayan minlərlə suriyalı Türkiyə sərhədinə axın edib. Evlərini tərk edən suriyalılar Babel Hava Sərhəd Qapısındadır. Sərhədi qanunsuz yollarla keçməyə çalışanlara qarşı güclü tədbirlər görülməyə başlanıb.

Məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlama verib. O, İdlibdə baş verənlər və sərhədə toplaşan suriyalı qaçqınlarla bağlı tədbirli olmağa çağırıb:

“İdlibdə baş verənlər “bizim istədiyimiz nöqtədədir” desək, yalan olar. Hazırda oradakı vəziyyət istədiyimiz kimi deyil. Bunlar şimaldan təzyiq edirlər, bizə doğru gəlirlər. Bununla bağlı tədbirli olmalıyıq”.