Taksi sürücüləri Tiflis meri ilə görüşəcək

Cəmiyyət Manshet Без рубрики

Tiflisdə taksi sürücülərinin aksiyası sona çatıb.

News Space Agency On.ge-yə istinadla məlumat verir ki, aksiya Bidzina İvanişvilinin iqamətgahı qarşısında yekunlaşıb.

Qeyd edək ki, etirazçıların bir hissəsi bələdiyyə məclisinin önündə aksiyaya davam edəcək. İqamətgah ərazisində olanlar isə sakit gəldikləri kimi, sakit ayrılacaqlarını açıqlayıb.

Taksi sürücülərinin bildirdiyinə görə, sabah  şəhər meri ilə görüşəcəklər və bir daha islahatları müzakirə edəcəklər.

Onların sözlərinə görə, mer əvvəlcə yaşam səviyyəsinin qaldırılması üçün  çalışmalı və  isahatları yerinə yetirməlidir.

Xatırladaq ki, 2019- cu ilin oktaybrın 1-də qüvvəyə minən qanunla Tbilisidə  ağ rəngli taksilər  işləyəməsi qeyd edilib. Bu barədə Tbilisi meri Kaxa Kaladze sentyabrın 26- da baş tutan iclasda da  vurğulayıb.

Qərara alınıb ki, oktyabrın 1-dən 3 qapılı və sağ sükanlı avtomobillər taksi xidmətini yerinə yetirə bilməyəcək. 

Kaxa Kaladzenin verdiyi məlumata görə, hazırki mərhələdə  6200 -dən çox sürücüyə  taksi xidmətinin həyata keçirilməsi çox icazə verilib.  Yeni qanuna görə  lisenziyasız taksilər 200 lari məbləğində  cərimələnəcəklər.

Kaxa Kaladzenin qeyd etdiyinə görə, nəqliyyat siyasətinin 2 -ci mərhələsi vizual standartdır.  Belə ki, növbəti ildə, oktaybrın 1-dən Tbilisidə bütün taksilər ağ rəngdə olacaq.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir