Yerevanda 30 illik temperatur rekordu qırılıb

Ermənistanın paytaxtı Yerevan şəhərində yeni temperatur rekordu qeydə alınıb. Bu barədə Nsa.ge Ermənistan KİV-inə istinadən xəbər verir. Ermənistan Hidrometeorologiya Xidmətindən bildiriblər ki, bu gün gündüz saatlarında havanın temperaturu 38-40 dərəcə isti olub. Buna qədər ölkədə ən yüksək temperatur 1989-cu ildə qeydə alınıb və 39,7 dərəcə təşkil edib.

Continue Reading

Baş nazir: “Gürcüstanda infrastruktur layihələrin maliyyələşdirilməsi 20 faiz artıb”

“Bu il Gürcüstanda infrastruktur layihələrin maliyyələşdirilməsi 20 faiz artıb”. Bu barədə baş naziri Mamuka Baxtadze dövlət tərəfindən bölgələrdə həyata keçirilən layihələrə həsr olunan təqdimat mərasimində bildirib. Onun sözlərinə görə, regionların inkişafına hökumət xüsusi diqqət ayırır: “Güclü regionlar güclü Gürcüstan deməkdir. Buna görə də bölgələrin inkişafı hökumətimizin ən vacib prioritetlərindən biridir”. M.Baxtadze qeyd edib ki, 2019-cu ildə Gürcüstanda […]

Continue Reading

Rusiyadan Gürcüstana gələn turistlərin sayı kəskin artıb

Bu ilin ikinci rübündə Rusiyadan Gürcüstana gələn turistlərin sayı kəskin artıb. Nsa.ge-nın Gürcüstan Milli Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, cari ilin ikinci rübündə Rusiyadan Gürcüstana 552 347 səyahətçi daxil olub ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 2,3 dəfə çoxdur. Hesabat dövründə Gürcüstana gələn əcnəbilərin sayına görə Rusiya birinci yeri tutub. Qeyd […]

Continue Reading

Azərbaycandan Gürcüstana gələn turistlərin sayı 73% artıb

Bu ilin ikinci rübündə Azərbaycandan Gürcüstana gələn turistlərin sayı 73%-ə yaxın artıb. Nsa.ge-nin Gürcüstan Milli Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, cari ilin ikinci rübündə Azərbaycandan Gürcüstana 436 347 səyahətçi daxil olub ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 72,8% çoxdur. Gürcüstana gələn ümumi turistlərin sayında Azərbaycan turistləri 19% təşkil edib. Hesabat dövründə […]

Continue Reading

İphone 11-in özəllikləri təqdim olundu

Apple-nin bir müddətdir üzərində çalışdığı İphone 11 üçün həyəcanlı gözləyiş davam edir. Apple istifadəçiləri maraqla İphone 11-in təqdim ediləcəyi günü gözləyir. Bəs İphone 11-in xüsusiyyətləri nələr olacaq? Nsa.ge bildirir ki, sentyabr ayında Apple tərəfindən təqdimatı gözlənilən İphone 11 üçün geriyə sayım davam edir. Texnologiya nəhəngi bu dəfə telefonun dizaynında da dəyişikliklərlə qarşımıza çıxacaq. Xüsusilə cihazın arxa […]

Continue Reading

Bu gün Türkiyədən Gürcüstana ilk yük qatarı yola düşür

İyulun 23-də Türkiyə ilə Gürcüstan arasında ilk yük qatarı hərəkətə düşəcək. Nsa.ge “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qatar Ərzurum şəhərindən yola düşəcək. Yola salma mərasimində Türkiyə Dövlət Dəmir Yolunun rəhbəri Ali İxsan Uyğun və “Gürcüstan dəmir yolları” SC-nin sədri David Peradze iştirak edəcəklər. Qatarlar Bakı-Tbilisi-Qars xətti ilə hərəkət edərək ixrac yüklərini daşıyacaq.

Continue Reading

Rusiya bu ölkənin hava məkanını pozdu – Qırıcılar atəş açdı

Rusiyanın hərbi təyyarələri Yapon dənizi ərazisində Cənubi Koreyanın hava məkanını iki dəfə pozub. Nsa.ge xəbər verir ki, bu iddia ilə “Yonhap” agentliyi çıxış edib. Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin məlumatına görə, buna cavab olaraq Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri havaya qaldırılıb. Qırıcılar xəbərdarlıq atəşləri açıblar.

Continue Reading

Dünyanın ən bahalı futbol klubları – REYTİNQ

“Forbes” jurnalı dünyanın ən bahalı futbol klublarının reytinqini dərc edib. Nsa.ge REN TV-yə istinadən xəbər verir ki, Madridin “Real” klubu reytinqin birinci pilləsində qərarlaşıb. Nəşrin məlumatına görə, “Real”ın dəyəri 4,42 milyard dollardır. Reytinqin ikincisi dörd milyard dollar dəyəri olan İspaniyanın digər təmsilçisi – “Barselona” klubudur. İlk üçlüyü isə “Mançester Yunayted” tamamlayır. İngiltərə klubunun dəyəri 3,8 milyard dollar qiymətləndirilir. […]

Continue Reading

Sərhədlərin delimitasiyası üzrə komissiyanın üzvləri Gürcüstan parlamentinə çağırıla bilər

Gürcüstan parlamentinin üzvləri Diaspor və Qafqaz Məsələləri Komitəsinə Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın işinin gedişi ilə bağlı məktub ünvanlayıb. Nsa.ge xəbər verir ki, məktubda müvafiq komissiyanın qapalı iclasda durumla bağlı millət vəkillərini məlumatlandırması təklif olunub.  “Məsələnin vacibliyini nəzərə alaraq parlamentin müvafiq komitələrinin nəzarət mexanizmlərinin də məsələnin həllinə cəlb edilməsi zəruridir. Bütün məsələləri açıq görüşlərdə […]

Continue Reading

Gürcüstanda azərbaycanlı din xadimlərinə gürcü dili öyrədilir

Gürcüstanda azərbaycanlı din xadimlərinə gürcü dili dərslərinin keçirilməsinə başlanılıb. Nsa.ge-nin xəbərinə görə, Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyinin təşəbbüsü ilə keçirilən təlimlər üç ay davam edəcək.  Marneuli, Dmanisi və Saqareco rayonlarında keçirilən təlimlərdə Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyinin Marneuli üzrə sədri Zaza Vaşakmadze və Zvania Məktəbinin direktoru Ketevan Jakeli iştirak ediblər. Təlimlərin dini azlıqlar […]

Continue Reading