11 uşaq oğurlayan insan alverçisi həbs olundu

Cəmiyyət Manshet

İnsan alveri ilə ittiham olunan ukraynalı qadının vəkili Zurab Todua deyir ki, Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilən 11-ci uşaq bədbəxt hadisə zamanı ölüb.

Nsa.ge
Netgazet-ə istinadən xəbər verir ki, DİN, qadının Gürcüstana gələnədək yanında 11 uşaq olduğunu və 11 – ci azyaşlı uşaqın interpolla axtarışda olduğunu açıqlayıb.

Bu düşünülmüş ittihamdır. Bədbəxt hadisə ilə əlaqəli mənim sübutlarım var.Əlimdə həkimdən sənəd var.Sənəddə, uşağın hamamda boğulduğu qeyd edilib. Bundan başqa Rusiyada keçirilən ekspertiza prosesləri də bunu təsdiq edir.

Müəssisədə isə bildirirlrə ki, 11- ci uşağın sağ olub olmadığı məlum deyil. Sənədlərə gəldikdə isə onların bildirdiklərinə görə, qadının və uşaqların pasportları saxta olub.

DİN – in açıqlamasına görə, 8 aprel tarixində Tbilisi-Moskva reysi ilə Ukrayna vətəndaşı olan qadın uşaqları Gürcüstana daxil edilib. Nazirliyin bildirdiyinə görə, qadın uşaqları işğal olunmuş Abxaziya ərazisinə keçirmək istəyib.

Müəssisənin əlində olan mövcud sənədlərə əsasənuşaqların 10- u onun uşaqlarıdır. Onlardan 4 – 2017 ci il doğumludurlar. Azyaşlılarla bağlı bu məlumat, onların intoksikasiya diaqnozu ilə Zuqdid referal xəstəxanasına yerləşdirildiklərindən sonra isə Kutaisidə xəstəxanalardan birinə aparıldıqlarından sonra yayılıb.

Vəkilin qeyd etdiyinə görə, 10 uşaqdan 4-ü qadının və ərinin bioloji övladlarıdır. Qalan 6- sıi isə suroqat anadan olanlardır. Onun qeyd etdiyinə görə qadın günahını etiraf etmir.

İstintaq insan alveri maddəsi ilə aparılır.

Qadını 14 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

NSA.GE