150-ə yaxın yol işçisi tətil elan etdi

Cəmiyyət Manshet

Gürcüstanın Zestaponi rayonunda magistral yol tikintisi şirkətinin 150-ə yaxın işçisi tətil elan edib.

Nsa.ge Birinci Kanala istinadən xəbər verir ki, etirazçılar əmək haqqının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Etirazçıların sözlərinə görə, magistral yol tikintisini həyata keçirən Çinin Tunellər və Körpülər şirkəti işçilərin maaşlarını gecikdirir.

Şirkət nümayəndələri işçilərin tələblərinin şirkət rəhbərliyinə çatdırıldığını və tətilçilərə tezliklə cavab verəcəyini bildiriblər.

Etirazçılar əsas şüarları yerinə yetirilməyincə etirazın dayanmayacağını bildiriblər.

Qeyd edək ki, sözügedən şirkət Gürcüstanda 2019-cu ildən fəaliyyətə başlayıb.