Gürcüstanda videkameraların sayı 5000-ə çatdırılacaq

Manshet Cəmiyyət Texnologiya

Daxili İşlər Nazirliyinin məlumatına görə, Gürcüstanda hazırda 2669 videokamera faliyyət göstərir.

“Daxili işlər nazirliyi yol hərəkəti təhlükəsizliyini qorumaq məqsədilə bölgələrdə “ağıllı” kameraların qurulması davam edir. Ölkə miqyası ilə bütünlükdə 2669 kamera işləyir ki, bunun da 936-sı nömrə tanımaq, 1733 ədədi isə ümumi nəzarət xidmətini yerinə yetirir.

Nsa.ge İpn-ə istinadən xəbər verir ki, bu günkü gündə sürətin nəzarəti sistemi ilə bütün ölkə miqyasında artıq 447 km uzunluğunda avtomobil yolu nəzarət edilir.

Nazirliyin bildirdiyinə görə, 2019-cu ilin sonuna kimi Gürcüstan ərazisində 5000- dək videokamera fəaliyyət göstərəcək. 2018 ci il ərzində baş verən yol qəzalarının 26 %-nə sürət həddinin aşması səbəb olub.

Belə ki, yol hərəkəti istiqaməti ilə statistikanın təhlili və vəziyyəti öryəndikdən sonra DİN fəaliyyət planı hazırladı. Plan yol qəzalarının sayının azalması və hərəkətin yaxşılaşdırılması məqsədilə bir neçə lazımi tədbirləri özündə birləşdirəcək.

Nazirliyin bildirdiyinə görə, Nazirlik “ həyat üçün daha çox” yol təhlükəsizliyi kampaniyasına başlayıb. Kampaniya çərçivəsində bu istiqamətlə vətəndaşların maarifləndirilməsi nəzərdə tutulur.

Din məlumatına əsasən, 2019 cu ildə fəaliyyət planı çərçivəsində yol hərəkəti təhlükəsizliyini təmin etmək üçün inzibati xətalar məcəlləsində dəyişikliklər həyata keçiriləcək.

NSA.GE