2020-ci ildə pensiyalar artırılacaq

Cəmiyyət Manshet

2019-2020-ci illərdə pensiyaların artırılması üçün dövlət büdcəsindən 600 milyon lari (təxminən 230 milyon dollar) ayrılacaq.

Nsa.ge xəbər verir ki, bu haqda Gürcüstanın Baş naziri Mamuki Bakhtadzenin ilk illik hesabatında verilib.
 
Sənədin bu gün parlamentin bürosunun iclasında təqdim olunacaq bildirilib.
 
Hesabatda deyilir ki, 2019-2020-ci illərdə pensiyalar artırılacaq. Xüsusilə, 2019-cu ildə bu məqsədlər üçün əlavə 200 milyon lari, 2020-ci ildə isə 400 milyon lari nəzərdə tutulur.
 
Qeyd edək ki, Gürcüstanda pensiya 2019-da 20 lari artıb (təxminən 8 dollar). 2020-ci ildə isə pensiyaların 20 lari artırılması planlaşdırılır.