2020-ci ildən başlayaraq vahid milli imtahanlar yeni model üzrə keçiriləcək

Cəmiyyət Manshet

Təhsilin kompleks islahatı çərçivəsində, 2020-ci ildən başlayaraq vahid milli imtahanlar yeni model üzrə keçiriləcək.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, yeni model imtahanlar sayının dörd məcburidən üç imtahana qədər azaldılmasını nəzərdə tutur.

Yeni model ilə, abituriyentlər üç məcburi imtahanını gürcü dili və ədəbiyyatından; xarici dildən verəcəklər. Üçüncü imtahan proqramdan asılı olacaq.

Həmçinin ali məktəblər, arzu olunduğu təqdirdə, dördüncü imtahanı qarşıdakı fənnlərdən təyin edəcəklər: biologiya, kimya, fizika, ümumi bacarıqlar, coğrafiya, ədəbiyyat, təsviri və tətbiqi sənətlər, mülki təhsil.

Bundan başqa, Nazirliyin məlumatına görə, azərbaycan və erməni dilli abiturientlərin qəbul olunması köhnə formatla davam edəcək.