3 və ya daha çox avtomobili olan ailə vergi ödəməli olacaq?

Cəmiyyət Manshet

Parlamentin Ətraf Mühitin Mühafizəsi və Təbii Resurslar Komitəsi Tbilisidə hava vəziyyəti haqqında araşdırmanın nəticələrini yayımlayıb. 

Nsa.ge xəbər veri ki, avanın çirklənməsi probleminə reaksiya göstərilməsi məqsədi ilə Komitə 2018-ci ildə, parlamentin tarixində ilk dəfə araşdırmaya başlayıb və onun çərçivəsində işçi qrupu yaradılıb. İşçi qrupu Gürcüstan parlamentinin bütün siyasi subyektlərinin nümayəndələrindən ibarətdir.

Hesabatda qeyd olunduğuna görə, araşdırmada alınan məlumata görə müxtəlif dövlət müəssisələri tərəfindən verilmiş məlumatdan aydın olur ki, Tbilisidə havanın çirklənməsinin əsas səbəbi nəqliyyat vasitələrinin səsboğanıdır.

Sənədə əsasən tədqqiatda qeyd olunub ki, yüksək həcmli mühərriki olan avtomobil sahibləri tez-tez qaz sistemini montaj edirlər. Qeyd olunan sistemlər az-çox idarə olunmazdır, daha çox tüstü buraxır və ətraf mühiti daha çox çirkləndirir.

“Bildirilən fikirə görə, 5 ildən artıq köhnəlmiş avtomobillərin gömrükdən keçirilməsi ilə bağlı ciddi şərtlər təyin edilməlidir. Bu gömrek vergisinin artırılması da ola bilər. Eləcə də məqsədyönül şəkildə hesab edilir ki, yüksək həcmli mühərriki olan avtomobillərə də yüksək vergi təyin olunmalıdır” – hesabatda deyilir.

Bundan əlavə tədqiqatlar aparılarkən təşəbbüs irəli sürülüb. Təşəbbüsə əsasən 3 və ya daha çox nəqliyyat vasitəsi olan ailə vergi ödəməli olacaq.

Qeyd edək ki, Komitə tərəfindən təqdim olunan hesabat havanın çirklənməsinin əsas mənbələrini (nəqliyyat, tikinti, təbii toz, təkərlər və.s.) analiz edir. Sistemin tənzimləmələrinin hüquqi tərəfini qiymətləndirir və yeni qanunvericilik çərçivəsinin yaradılmas vacibliyini bildirir.

Belə ki, havanın çirklənməsinin sağlamlığa təsirini müzakirə edir və bu istiqamətdə üstünlükləri təsdiq edir, ən yaxşı təcrübəni və müasir yanaşma nümunələrini təqdim edir.

NSA.GE