Acarıstanda külli miqdarda narkotik maddə ələ keçirilib – VİDEO

Cəmiyyət

Acarıstan Muxtar Respublikasını polisi, külli miqdarda narkotik maddə əldə etmə və saxlamaqda günahlandırılan iki nəfəri saxlayıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytında yayımlanan açıqlamada deyilir.

Saxlanılan şəxslərin axtarışlar zamanı üstündən 143 tablet suboksin, 80 tablet metodon və heroin tərkibli dərman ələ keçirilib.

1978 və 1980-ci il təvəllüdlü müttəhimlər 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası ala bilərlər.