Açıq Cəmiyyət Fondu: Gürcüstanda milli azlıqların seçki kampaniyalarında iştirakı zəifdir

Cəmiyyət Manshet

“Gürcüstanda milli azlıqlar səsvermə prosesində aktiv iştirak etsələr də, seçki öncəsi kampaniyalarda fəaliyyət göstərmirlər”.

Nsa.ge İnterpresnyus-a istinadən xəbər verir ki, Gürcüstan Açıq Cəmiyyət Fondunun rəhbəri Keti Kutsişvili etnik azlıqların siyasi proseslərdə iştirakı ilə bağlı belə deyib. Bildirib ki, hökumətin inteqrasiya siyasətinə baxmayaraq etnik azlıqların iştirak səviyyəsi az olaraq qalır.

“Milli azlıqlar seçkilərdə aktiv iştirak edirlər. Amma onlar heç bir hərəkatlara qoşulmur, seçki öncəsi kampaniyalarda iştirak etmirlər. QHT-lər bu faktı nəzərə almalı, etnik azlıqları bu cür kampaniyalarda iştirak etməyə təşviq etməlidirlər”, – deyə Keti Kutsişvili bildirib

Qeyd edək ki, Gürcüstanda ən böyük etnik azlıq azərbaycanlılardır. Rəsmi statistikaya əsasən ölkədə azərbaycanlıların sayı 230 mindən çoxdur.

NSA.GE