Ağdqoma bayramı və qırmızı yumurta

Cəmiyyət Manshet Mədəniyyət

Yumurtaların qırmızı rəngə boyanması ənənəsi yeni təqvimlə 1- ci əsrə dayanır.

Nsa.ge xəbər verir ki, qırmızı yumurtalar Ağdqoma bayramının rəmzlərindən biridir.

İsə Məsihin səhabələrindən biri Mariam Maqdalinel xristianlığı təbliğ etmək üçün Romaya gedir. Onu ölkənin imperatoru Tiberiusa tanıdırlar və o imperatora al qırmızı rəng yumurta verərək “Məsih dirildi və sevindirdi “- dedi.

İmperator istehza ilə -“ Məsih dirildi” sözünə inanmaq yumurtanın qırmızı rəngə dönüşməsi kimi inandırıcı deyil- dedi.

O sözünü bitirməmiş yumurta əvvəlcə yasəmən rəngə, daha sonra isə yenidən qırmızı rəngə çevrildi. Məryəm bu hadisəyə görə təəccüblənən imperatora İsə Məsihin həyatı, çarmıxa çəkilməsi və daha sonra dirilməsi haqqında danışdı.

Yumurta əsasən həyatın rəmzidir, onu qırmızı rəngə boyamaq isə İsə Məsihin çarmıxa çəkilən zaman axan qanıyla əlaqələndirilir. Yumurtaların boyanması qırmızı cüməyə yəni İsə Məsihin çarmıxa çəkilməsi gününə təsadüf edilir. Bununla da qırmızı cümə günü yumurtaların qırmızı rəngə boyanması günəş batanadək davam edir.

NSA.GE