Ağıllı kameralar balınızı siləcək-Yenilik

Manshet Cəmiyyət Texnologiya

Sürücülər avtomobili idarə edərkən sürət həddini keçdikdə “ Ağıllı” kameralar vasitəsilə sürücülük vəsiqəsindən balı azaldılacaq.

Nsa.ge xəbər verir ki, videocərimələrə bal sisteminin birləşdirilməsini nəzərdə tutan təşəbbüs üzərində Daxili İşlər Nazirliyi çalışır.

DİN- in islahatlar və analiz bölməsinin rəhbəri Beka Liluaşvilinin İpn-ə verdiyi açıqlamasına görə, sürət hədini aşmağı heç bir sürücüyə başqa faktorlara əsaslandırmağa imkan vermir.

DİN- in islahatlar və analiz bölməsinin rəhbərinin bildirdiyinə görə, videocərimələrə bal sisteminin bağlanması prosesinin davamı sürət həddini aşma faktlarına tətbiq edilən sanksiyaların nə dərəcədə effektli olub olmadığı dəyərləndirildikdən sonra məlum olacaq.

Bundan başqa hər hansı bir şirkətə məxsus avtomobillərlə hüquqi şəxslər yol hərəkət qaydasını pozduqları halda ola bilsin şirkətə deyil, sürücüyə yazılsın.

Daxili İşlər Nazirliyinin islahatlar və analiz bölməsinin rəhbərinin bildirdiyinə görə, lizinq və başqa şirkətlərə şamil olunan müvfiq dəyişikliklər DİN tərəfindən “inzibati xətalar məcəlləsi”- də artıq hazırlanıb.

Bununla bərabər o, qeyd edir ki, qanun pozuntularının aradan qaldırılmasının yollarından biri də sanksiyaların artırılmasıdır.

NSA.GE