Ağızdan gələn qoxu anındaca yox olacaq – PİS İYİ APARAN ÜSULLAR

Cəmiyyət

Ağızdan gələn qoxu çevrənizdəki insanları narahat edə bilir. Pis iylə heç cürə mübarizə apara bilmirsinizsə, bəhs edəcəyimiz 6 üsulu sınaqdan keçirməyiniz tövsiyə edilir. Üstəlik bu metodlara üçün pul xərcləməyəcəksiniz. 

Nsa.ge qızıl qaydaları təqdim edir: 

Hər sabah təbii qarqara edin

Soda əsas qarqara vasitəsidir. Bir stəkan suyun içinə 1 çay qaşığı soda əlavə edib, qarışdırın. Bu su ilə 3 dəqiqə ərzində ağzınızı qarqara edin. Bundan sonra ağzınıza bir yarpaq nanə və yaxud  mixək ata bilərsiniz. Bu proseduru dişlərinzi fırçaladıqdan sonra etməyiniz lazımdır. 
 
Gün ərzində azı 2 litr su için

Sağlam orqanizmin olması üçün su mütləqdir. Ağzınızda yaran su azlığı, qoxuya səbəb olur. Bunun qarşısını almaq üçün mütləq gündə 8 stəkan su için. Su ağızda yarana bakteriyaları məhv edir.
 
Dilinizi fırçalayın

Dişləri fırçalamaq azdır. Buna görə də, dişlərlə birgə dilinzi də təmizləyin. Bu əməliyyatı bəzi insanlar lazımsız hesab edir, lakin bu belə deyil. Tam əskinə. olduqca vacibdir – ağızdan gələn pis qoxunu önləyir, dilin üzərində yaranan bakteriyaları təmizləyir.

Bunun ardından sodalı su ilə qarqara edə bilərsiniz.
 
Diş ipi istifadə etməyi yaddan çıxartmayın

Dişlərinzi fırçaladıqdan sonra da ağzınızdan iy gəlirsə, deməli, dişlərinizin arasında qida qalığı qalıb. O da qoxuya səbəb olur. Diş fırçaları dişlərinizin sıx olan aralarına çata bilmir. Ona görə də həmin yerləri diş ipi ilə təmizləyin.

Siqaretdən uzaq durun

Siqaretin zərərləri haqqında hər kəsin azdan-çoxdan məlumatı var. Bunlardan biri də məhz dişlərə vurulan ziyandır. Bu pis vərdişiniz diş əti probleminə səbəb olur. Eyni zamanda dişlərin estetik görüntüsünə mane olur. Həmçinin qoxu yaranmasına şərait yaradır.

Meyvə qabığı çeynəyin

Limon və portağal qabığı nəfəs təzələmək üçün ən əlverişli üsuldur. Tər-təmiz ağız qoxusunun olmasına şərait yaradır. Eyni zamanda dişlərin çürüməsinin qabağını alır.