Aksiyada jurnalist həbs edildi

Cəmiyyət Manshet

Bu gün hakimlərin seçim qaydası ilə əlaqəli ali məhkəmdən parlamentədək “Avropalı Gürcüstan – azad demokratlar” blokunun üzvlərinin və ictmai nümayəndələrin aksiya- yürüşü baş tutub.

Nsa.ge İPN-ə istinadən məlumat verir ki, yürüşə başlamazdan öncə “ Asaval- Dasavali”- nin jurnalisti Zaza Davitaia Şalva Şavqulidzeyə sual ünvanlayıb. Nəticədə isə aksiya iştirakçıları arasında dava düşüb.

Belə ki, polis patrul əməkdaşları Zaza Davitaianı ictimai qaydanı pozduğu üçün həbs ediblər.

Z.Davitaianın bildirdiyinə görə, ona sual ünvanlamaqda mane olublar.

DİN- in məlumatına görə, jurnalist Zaza Davitaia xırda xuliqanlıq və polisə qarşı müqavimət göstərib və o, inzibati qayda ilə həbs olunub.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis Z.Davitaianini Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 166 cı və 173 cü maddəsi ilə həbs edib. Maddələr xırda xuliqanlıq və polisə qarşı müqavimət nəzərdə tutur.

Qeyd edək ki, Davitaianı ali məhkəmə qarşısında yaxalayıblar.

NSA.GE