Almaniyada 50 avtomobil toqquşub, çox sayda yaralı var -Video

Cəmiyyət Dünya Manshet

Almaniyanın Türingen əyalətində zəncirvari qəza baş verib. Qəzaya yolun buz bağlaması və anidən yağan dolu səbəb olub.

Nsa.ge RenTv-yə istinadən xəbər verir ki, 50 avtomobilin iştirak etdiyi qəza nəticəsində 25 nəfər yaralanıb. Onlardan 4 nəfərin vəziyyəti ağırdır. Yaralıların daşınması üçün əraziyə 2 təcili yardım helikopteri cəlb edilib.

Qəzadan sonra magistral yol bağlanıb.

Faktla bağlı araşdırma aparılır.

NSA.GE