Almaniyadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı açıqlanıb

Manshet Cəmiyyət
Hamburger Speicherstadt mit Katharinenkirche

Almaniyadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı 20% azalıb.

Nsa.ge xəbər verir ki, bu haqda Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal Xidmətinin məlumatında qeyd edilib.

Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal Xidmətinni rəsmi göstəricilərinə əsasən, cari ilin yanvar-iyul aylarında Almaniyadan sığınacaq istəyən 2 111 Gürcüstan vətəndaşının ərizəsi daxil olub. 2018-ci ilin eyni dövründə isə, Almaniyadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı 2 640 idi.

Həmçinin, azalma dinamikası aylara görə də bəlli olur. Əgər 2019-cu ilin yanvar ayında müvafiq tələblə 534 ərizə daxil olurdusa, iyun ayında bu göstərici 182 idi.

2018-ci ildə Almaniyaya sığınacaq üçün müraciət edən Gürcüstan vətəndaşların sayı 4 265 idi və bu da, 2017-ci ilin göstəricilərindən 23 faizlə artıq idi.