Almaniyadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı açıqlanıb

Manshet Cəmiyyət

Almaniyadan sığınacaq istəyən xarici vətəndaşlar arasında Gürcüstan onuncu yerdədir.

Nsa.ge-nin məlumatına görə, Ölkənin federal miqrasiya bürosunun göstəriciləri ilə, yanvar-sentyabr aylarında Almaniyadan sığınacaq tələb edən Gürcüstan vətəndaşlarının sayı 2953 nəfər təşkil edib.

Keçən ilin analoji dövründə, ərizələrin sayı 3257 idi. Müvafiq olaraq da, bu ilki göstərici 10 faizlə azalıb.

Bununla yanaşı, idarənin veb-səhifəsində yayılan göstəricilərə əsasən, ərizələrin əksəriyyətinə mənfi cavab verilib.

Ümumilikdə bu il Almaniyadan sığınacaq istəyənlərin sayı 127 917-dir. Onlardan 31 436 Suriyə vətəndaşıdır.

Onluğa həmçinin İraq, Türkiyə, Nigeriya, Əfqanistan, İran, Somali və Eritrea daxildir.

3212 ərizədə isə, vətəndaşlıq göstərilməyib.