Aprelin 29-a qədər olan hava şəraiti açıqlandı

Cəmiyyət Manshet

Sinoptiklərin məlumatlarına görə, aprelin 29 dək havanın isti keçəcəyi gözlənilir.

Nsa.ge xəbər verir ki, Ətraf mühitin mühafizəsi agnetliyinin məlumatına görə, 27-29 aprel axşam saatlarında Gürcüstanın bəzi rayonlarında zəif yağış yağa bilər.

Belə ki, qərbi Gürcüstanda havanın temperaturu +23,+28, Şərqi Gürcüstanda isə +20,+25 dərəcə olacaq.

Tbilisidə 25-26 aprel buludlu hava gözlənilir. 27-29 aprel tarixində gündüz saatlarında zəif yağışın yağması gözlənilir. Havanın temperaturu +22,+24 dərəcəyə dək yüksələcək.