Ata öz övladını qətlə yetirib

Cəmiyyət Manshet

Qurcaaninin Çumlaği kəndində ata övladını soyuq silahla öldürüb.

Nsa.ge İpn-ə istinadən xəbər verir ki, təxminən 40 yaşlı kişi ürək-sinə nahiyəsindən aldığı xəsarətlə yerindəcə dünyasını dəyişib.

Kənd sakinlərinin sözlərinə görə, hadisədən öncə ata və oğul arasında mübahisə olub. Qətlə ailə münaqişəsinin səbəb olduğu bildirilib.

Faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Oğlunun qətlində şübhəli bilinən ata saxlanılıb.

Onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir. 

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir