Ata və qızı çayda boğularaq həyatlarını itiriblər

Cəmiyyət Manshet

Senaki Bələdiyyəsinin Çiva çayında 45 yaşındakı ata və 12 yaşındakı qızı, boğularaq həyatlarını itiriblər.

Nsa.ge xəbər verir ki, bu barədə RegInfo məlumat yayıb.

Faciəvi hadisə şənbə günü Menidji kəndində baş verib. Yeniyetmə və atası nahardan sonrası çimmək üçün çaya gediblər, axşam isə evə qayıtmayıblar.

Gecəyə yaxın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi və dalğıclar çayda axtarışa başladılar. Əməliyyat 10 saatdan çox davam etdi. Ata və qızının cəsədini xilasedicilər bir gündən sonra tapdılar.

Faktla bağlı Daxili İşlər Nazirliyi istintaq başlayıb. İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə aparılır. Maddə Həyatına qəsd etməyi nəzərdə tutur.