Avqustun 4-dən Gürcüstanda kəskin temperatur yüksəlişi gözlənilir

Cəmiyyət Manshet

Növbəti iki gün ərzində, ölkədə qeyri-stabil hava temperaturu proqnoz edilir.

Nsa.ge xəbər verir ki, bu haqda Ətraf Mühitin Qorunmasının Milli Agentliyi məlumat yayıb.

Avqustun 3-ü Gürcüstanın ayrı-ayrı regionlarında səhər saatlarında yağış, avqustun 4-dü isə, temperatur yüksəlişi proqnoz edilir.

Gözlənilən hava proqnozu şənbə-bazar üçün belədir:

Avqustun 3-də Gürcüstanın bəzi rayonlarında, Kaxetidə, Stepantsmindada, Axalkalaki və Bakurianidə və həmçinin, Qara Dəniz sahilində yağış yağacaq.

Avqustun 4-də bütün Gürcüstanda hava dərəcəsinin artması gözlənilir.

Qərbi Gürcüstanda hava dərəcəsi 35 dərəcəyə qədər, Şərqi Gürcüstanda isə, 37 dərəcəyə qədər artacaq.