Axalkalaki rayonunda patrul polisi və ermənilər arasında qarşıdurma baş verib

Cəmiyyət Manshet

Gürcüstanın Axalkalaki rayonunda patrul polisi və ermənilər arasında qarşıdurma baş verib.

Nsa.ge xəbər verir ki, insidentə səbəb patrul polisinin yol hərəkəti qaydalarını pozan sürücünü saxlaması olub.

Sürücü ilə bağlı inzibati cərimə yazılarkən, bir neçə yerli sakin patrul polisi əməkdaşlarına müqavimət göstərib.

Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Axalkalakidə baş vermiş qarşıdurma zamanı kənd sakinləri patrul polis əməkdaşlarını təhqir ediblər, sonra isə fiziki müqavimət göstəriblər. Nəticədə iki nəfər polisə qarşı müqavimət və xırda xuliqanlığa görə saxlanılıb. Saxlanılan şəxslər polis bölməsinə aparılıb. Həmin şəxslərdən biri Меxak Хаçаtryan təzyiqində yaranmış problemlə bağlı xəstəxanaya çatdırılıb.