Axalkalakidə Türkiyədən gətirilən yük daşınmasını dayandırıb aksiya keçiriblər -VİDEO

Cəmiyyət Manshet

Bakı-Tbilisi-Qars dəmir yolunun Axalkalaki hissəsində 3-5 aydır maaşlarını ala bilməyən inşaat işçiləri bu gün Türkiyədən “Axalkalaki” stansiyasına gətirilən yük daşınmasını dayandırıblar.

Nsa.ge xəbər verir ki, bu barədə Jnews.ge xəbər yayıb.

BTK-nin 120-ə yaxın işçisi bu gün ödənilməmiş maaş borclarına görə etiraz aksiyası keçiriblər. BTK işçilərinin dediyinə görə, 5 aydır ki, maaşlar ödənilmir.

“Biz nə edək, banklarda borcumuz var, heç kim bizim haqqımızda düşünmür. Bizə dəqiq cavab verilməyənə qədər, bizim əmək haqqımızı ödənilməyənə kimi, biz imkan verməyəcəyik ki, qatarlara yüklənsin” – dedi B. Guseynov.

Etirazçılar Gürcüstan bazarını tərk edən Demiryol şirkətinin borcunu ödəməyəcəyindən qorxurlar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan bölməsinin rəisi Əzəmət Bağırov “Dəmiryol” şirkəti ilə danışıqlardan sonra işçilərə 24 iyul saat 14: 00-a qədər borclarını alacaqları barədə söz verdi.

“100% söz verirəm ki, sabah saat 14: 00-a qədər bütün maaş köçürüləcək. Mən bu barədə danışdım razılığa gəldim ”deyə Əzəmət Bağırov deyir.

Hazırda işçilər etirazı dayandıraraq, yağan yağışda yenidən yükləməyə davam edirlər.

Акция протеста на железной дороге Баку-Тбилиси-Карс (БТК).

Опубликовано JNEWS.ge – Информационный центр Джавахети Вторник, 23 июля 2019 г.