Azərbaycan sərhədini qanunsuz keçmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb

Manshet Cəmiyyət Dünya
Azərbaycan sərhədini qanunsuz keçmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Sərhəd Xidmətindən APA-ya məlumat verlib.

Məlumata görə, oktyabrın 17-də Qax rayonu Üzümlü kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gür­­cüstan  isti­qa­mətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Gürcüstan və­­təndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb. 

İlkin araşdırma zamanı sərhəd pozucusunun Azərbaycan Respublikasının DİN tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) mad­­­dəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması müəy­yən­­ləş­diril­ib. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.