Azərbaycana qanunsuz spirtli içki keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb – FOTO

Cəmiyyət Dünya Manshet

Azərbaycan Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Nsa.ge xəbər verir ki, Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata əsasən, Gürcüstan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobildə gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən 12 ədəd litrlik və ədəd 0,5 litrlik “Nemiroff” markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.