Azərbaycanda axtarışda olan şəxs Gürcüstanda saxlanılıb

Cəmiyyət Manshet

Azərbaycanda axtarışda olan şəxs Gürcüstanda saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu barədə “Report”un Qərb Mərkəzinə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yaxınlarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.2 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 186.2.2( Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə axtarışda olan rayon sakini 57 yaşlı Tahir Aylarov Gürcüstanda tutularaq Azərvbaycana ekstradisiya olunub.