Azərbaycanda Gürcüstan vətəndaşı saxlanılıb

Manshet Cəmiyyət Dünya

Gürcüstan vətəndaşı Bakının Yasamal rayonunda bir nəfərin qarət edilməsinə görə saxlanılıb.  

Nsa.ge-nin məlumatına görə, bu barədə Oxu.Az-a Azərbaycanın Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, təcavüzkarlar sentyabr ayının 9-u saat 03:00 radələrində Bəşir Səfəroğlu küçəsi, 130 nömrəli binanın yaxınlığında 1986-cı il təvəllüdlü Fərid Cəfərovu döyərək, 700 manat pulunu və “Samsung” markalı telefonunu oğurlayaraq hadisə yerindən qaçıblar.

Zərərçəkən dərhal polisə müraciət edib. 

Əməliyyat-istintaq tədbirləri nəticəsində 26-cı Polis Bölməsinin əməkdaşları əvvəllər narkotik saxlamaq və qəsdən sağlamlığa zərər vurmaqda ittiham olunan Yevlax rayon sakini, 1988-ci il təvəllüdlü C.T və Gürcüstan vətəndaşı M.H saxlayıblar. 

Faktla bağlı istintaq davam edir.