Azərbaycanın Gürcüstana birbaşa investisiyalarının məbləği açıqlanıb

Cəmiyyət Manshet

Azərbaycan 2019-cu ilin birinci rübündə Gürcüstana 14,5 mln. ABŞ dolları məbləğində birbaşa investisiya yatırıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin rüblük hesabatında məlumat yer alıb.

Hesabatda qeyd olunub ki, hesabat dövründə bu ölkəyə ən çox birbaşa investisiyanı (133,2  mln. dollar) İrlandiya yatırıb. Bu, ümumi investisiyaların 47,4%-nə bərabər olub. Cari ilin yanvar-mart aylarında ümumilikdə yatırılan investisiyaların 75,1%-ni üç sahə özündə cəmləyib. Bunlar sosial və fərdi xidmət sektoru (139,8 mln. dollar) , maliyyə sektoru (42,7 mln. dollar) və logistika sahəsidir (28,6 mln. dollar).

Bu ilin ilk rübündə Gürcüstana 281,1 mlrd. dollar həcmində birbaşa xarici investisiya yatırılıb.

NSA.GE