Azərbaycanın Gürcüstandakı səfiri azərbaycanlı tələbələrlə görüşüb

Manshet Cəmiyyət

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Nsa.ge xəbər verir k, Azərbaycanın Tbilisidə yerləşən səfirliyində baş tutan görüşdə azərbaycanlı tələbələrin təhsil sahəsində üzləşdiyi çətinliklər və problemlər müzakirə edilib.

Gürcüstan universitetlərinə yeni qəbul olan tələbələri təbrik edən D. Həsənov bildirib ki, azərbaycanlı tələbələrin təhsili diqqət mərkəzindədir və Azərbaycan tərəfi bu sahədəki problemlərin həllinə töhfə verməyə hazırdır. Diskussiya şəklində davam edən görüşdə tələbələr müxtəlif təkliflər səsləndiriblər. 

Suxumi Dövlət Universitetinin tələbəsi Ramil Qəhrəmanov  təklif edib ki, azərbaycanlı tələbələrin Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində staj keçməsi üçün xüsusi proqram yaradılması məqsədəuyğun olar.

Səfir Dursun Həsənov səsləndirilən təklif və problemlərə görə təşəkkür edib və onların diqqətdə saxlanacağını bildirib.