Bakıda Gürcüstan vətəndaşı itkin düşüb

Cəmiyyət Dünya Manshet

Bakıda Gürcüstan vətəndaşı itkin düşüb.

Nsa.ge APA-ya istinadən xəbər verir ki, iyulun 24-də Xətai rayonu, Aşıq Qurban küçəsi ev 25, mənzil 43 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Lətifə Qasımova 37-ci Polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin gün 12.00 radələrində onunla eyni ünvanda yaşayan gəlini, Gürcüstan vətəndaşı, 1998-ci il təvəllüdlü Məlahət Rəsulova yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır.