Bakıdan qalxan təyyarə Batumiyə çata bilmədi

Cəmiyyət Manshet

Bakıdan Batumiyə gedən təyyarə geri dönüb.

Nsa.ge Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Buta Airways” məlumat yayıb.

Qeyd olunub ki, Batumi hava limanında qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Buta Airways”in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

Reys Tbilisi vaxtı ilə saat 10:12-da Heydər Əliyev Aeroportuna uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək.