Bank təsisçiləri 16 mln. dollardan çox pulun yuyulmasında ittiham olunurlar

Cəmiyyət Manshet

Azərbaycanda törəməsi olan Gürcüstanın “TBC bank”ının təsisçiləri Mamuka Xazaradze və Badri Caparidze 16 754 000 dollar məbləğində pulun yuyulmasında ittiham olunurlar.

Bu barədə Gürcüstanın Baş Prokurorluğunda keçirilən brifinqdə bildirilib.

Təsisçilər artıq Baş Prokurorluqda dindirilib. Onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət olunub.

Qeyd edək ki, Gürcüstanın Baş Prokurorluğu 2018-ci ilin avqustun 2-də “TBC Bank”la bağlı qanunsuz gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət işinin istintaqına başlayıb.

Mənbə: Report