Barselonada 3 Gürcüstan vətəndaşı 22 soyğunçuluq hadisəsi törədib

Cəmiyyət Manshet

Barselonada 3 Gürcüstan vətəndaşı soyğun törətdiyi üçün saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası məlumatı yayıb.

Saxlanılanların 22 soyğunçuluq faktında iştirak etdiyi müəyyənləşdirilib. Onların yaşlarının 25, 26 və 30 olduğu bildirilib. 

Polis cinayətlərin Sarria-Sant Gervasi bölgəsində törədildiyini bildirib. Soyğun yerləri arasında gözəllik salonları, şirniyyat mağazaları, estetika mərkəzləri, muzey və apteklərin olduğu bildirilib.

Şübhəlilərin şəxsiyyəti təhlükəsizlik kameraları vasitəsilə müəyyənləşdirilib. Kataloniya məhkəməsi saxlanılanları girov müqabilində azadlığa buraxıb.