Barselonada üç nəfər Gürcüstan vətəndaşı saxlanılıb

Cəmiyyət Dünya

Barselonada Katalon polisi cinayətkar qrupa üzv olmaqda şübhəli bilinən üç Gürcüstan vətəndaşını saxlayıb.

Nsa.ge-nin məlumatına görə, bu barədə Birinci Kanal İspaniya mediasına istinadən xəbər verir.

Belə ki, Saxlanılan şəxslər mənzil oğurluqlarında şübhəli bilinirlər.

Təqsirləndirilən şəxslərin yaşı 33 ilə 48 arasında dəyişir. Kataloniya polisinin bildirdiyinə görə müttəhimlər əvvəlcədən evləri seçib, sahibləri tətilə getdikdən sonra qarət ediblər.

Ev sahiblərinin köməyi ilə polis şübhəlilərin qarət etdikləri evləri müəyyən etdi. Zinət əşyaları, saatlar və elektron qurğular daxil olmaqla yüzdən çox oğurlanmış əşyalar müsadirə edildi.