Baş nazir müsəlman vətəndaşları Ramazan bayramı münasibətilə təbrik etdi

Manshet Cəmiyyət

Gürcüstanın baş naziri Mamuka Baxtadze müsəlman vətəndaşları Ramazan ayının başa çatması və Ramazan bayramı münasibəti ilə təbrik edib.

Nsa.ge xəbər verir ki, baş nazir təbrik məktubu yazıb.

“Hər bir müsəlman vətəndaşımızı böyük dini bayram olan Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Bayramınıza mən də qoşuluram və hər  birinizə sülh və xöşbəxtlik arzu edirəm.

Ölkəmizə və ailələrinizə sülh içində sabit gələcək və müvəffəqiyyətlər arzu edirəm” – deyilir Mamuka Baxtadzenin təbrik məktubunda.