Baş nazir Pankisi əhalisinə müraciət etdi

Cəmiyyət İqtisadiyyat Manshet


“Xüsusi hörmətlə Pakisidə yaşayan əhaliyə müraciət etmək istəyirəm, elə bir layihəni heç bir zaman həyata keçirməmişik ki, vətəndaşlarla dialoqumuz olmasın. Hüquqmühafizəçilərimizə qarşı aqressiya qəbuledilməzdir, bundan irəli gələrək qanunun cavabı da müvafiq olacaqdır”

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze Pankisidə dünən inkişaf edən hadisələri dəyərləndirərkən bəyan etdi.

Mamuka Baxtadzenin qeyd etdiyinə görə, Pankisi dərəsində həqiqətən vətənpərvər insanlar və vətəndaşlar yaşayırlar.

Onun dediyinə görə, Gürcüstan yoxsulluğu dəf etməlidir, yoxsuluğun aradan qaldırılması isə, iqtisadiyyatın inkişafından asılıdır.

“Gürcüstanın iki düşməni var, işğal və yoxsulluq. İqtisadiyyatın inkişafı üçün əlavə enerji lazımdır. Elektrikenerjinin əlavə gücü tikintisiz mümkün deyil. Biz yaşayışın yaxşılaşdırılmasına doğru cəhd edirik”, –  Mamuka Baxtadze bəyan edib.

NSA.GE