Batumi çimərliklərində qadın xilasedicilər çalışacaq – FOTO

Cəmiyyət Manshet

Gürcüstanın Acarıstan Muxtar Respublikasında builki çimərlik mövsümündə ilk dəfə olaraq qadın xilasedicilər çalışacaq.

Nsa.ge xəbər verir ki, 20-yə yaxın xanım xilasedici iyunun 15-dən etibarən çimərliklərdə kişi xilasedicilərlə birgə xilasetmə işlərinə cəlb olunacaqlar.

Qadın xilasedicilər Batumi Dəniz Akademiyasının tələbələridir. Onlar fiziki hazırlıq təlimini başa vurublar.

Acarıstanda builki çimərlik mövsümündə, ümumilikdə, 250 xilasedici çalışacaq. 

NSA.GE

Mənbə: Report