Batumidə ərəblər və yerli sakinlər arasında bıçaqlanma olub

Cəmiyyət Manshet

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində yerli sakinlər və ərəb turistlər arasında dava olub.

Nsa.ge Report-a istinadən xəbər verir ki, insident ötən gecə şaurma kafelərindən birində baş verib.

Gürcülər və iki ərəb turist arasında yaranan mübahisə sonradan qarşıdurmaya keçib. Nəticədə əcnəbilərdən biri bıçaqla 25 yaşlı gürcü gəncə ayağından xəsarət yetirib.

Yaralı Batumi xəstəxanasına çatdırılıb.

Polis insidentlə bağlı araşdırma aparır.