Batumidə müsəlmanlara qarşı ayrıseçkilik baş verib – Gürcüstan məhkəməsi

Manshet Cəmiyyət

Batumi şəhər məhkəməsi meriyanın yerlı müsəlmanlara qarşı ayrıseçkilik etməsi faktını təsdiqləyib.

Nsa.ge xəbər verir ki, bununla məhkəmə müsəlman icmasının yerli icra orqanlarına qarşı vəsadətini təmin edib.

Məhkəmə şəhər rəhbərliyinin yeni məscidin tikilməsinə qoyduğu qadağanı qanunsuz hesab edib.

Hakim bildirib ki, məscidin tikiləcəyi ərazidə artıq 7 pravoslav kilsəsi mövcuddur və onların tikilməsinə heç bir qadağa qoyulmayıb. Beləliklə də, burada məscidin tikilməsinə heç bir maneə yoxdur.

Məhkəmənin qərarına əsasən, Batumi meriyası məscidin tikilməsi üçün verilən ərizəyə yenidən baxmalıdır.

Qeyd edək ki, Batumidə bircə məscid var ki, o da bütün dindarları eyni vaxtda qəbul edə bilmir. Müsəlman icmasının yeni məscidin tikilməsi üçün verdiyi ərizəni meriya rədd etmişdir: səbəb kimi həmin ərazidə tikililərin sıxlığı göstərilmişdir.