Batumidə qeyri-adi təbiət hadisəsi baş verib-Foto

Cəmiyyət Manshet

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində bu gün maraqlı təbiət hadisəsi baş verib.

Nsa.ge report-a istinadən xəbər verir ki, axşam saatlarında Batumidə günəşin batması zamanı səma bənövşəyi və çəhrayı rənglərə boyanıb.

Batumidəki qürub çağının əks olunduğu çox sayda fotolar “Facebook” sosial şəbəkəsində yayılıb. Qeyri-adi və gözoxşayan təbiət mənzərəsi şəbəkə istifadəçilərinin heyrətinə səbəb olub.

NSA.GE