Batumidə repressiya dövrünə aid qəbir aşkarlanıb

Cəmiyyət Mədəniyyət

Batumidə repressiya dövrünə təsadüf edən daha bir qəbir aşkarlanıb.

Nsa.ge Netgazet-ə istinadən məlumat verir ki, qəbrin 1937-193- ci illərdə “Sovet repressiyası” vaxtına aid edildiyi iddia edilir.

Qeyd edək ki, aşkar edilən skiletlərin ( insan sümüklərinin) öyrənilməsi üçün y hökümət komissiyası yaradılıb.

Batumi və Lazeti eparxiyasının nümayəndəsi Pirimze Rurua bildirib ki, Fridon Xalvaşi küçəsində bundan öncə 4 qəbir tapılan ərazidə növbəti qəbir aşkar edilib. Onun sözlərinə görə, hələ tapıntıya toxunulmayıb və mütəxəssislərin müdaxiləsini gözləyirlər.

Rurua deyib ki, indiyədk tapılan qəbirlərdə 1935-ci ildə qalan monetlər tapılıb. Bundan irəli gələrək də qəbirlərin repressiya vaxtına aid olduğu gümab edilir.

Onu da bildirək ki, məsələ ilə bağlı yaradılan hökümət komissiyasına Acara bölgəsinin səhiyyə naziri Zaal Mikeladze rəhbərlik edir. O, bu gün arxeoloqlara və elmi dairələrə tapılan qəbirin öyrənilməsi üçün müraciət edəcək .

NSA.GE