Batumidə turistlərdən pul tələb edən 4 nəfər saxlanılıb

Manshet Cəmiyyət

Batumidə əcnəbi turistlərdən hədə-qorxu yolu ilə pul tələb edən 4 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

Nsa.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumatda bildirilib ki, Batumidə gecə klublarından birində çalışan saxlanılan şəxslər 4 əcnəbi turisti ölümlə hədələyərək onlardan 2580 türk lirəsi və 400 lari ələ keçiriblər. 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxsləri 4 ildən 7 ilədək həbs cəzası gözləyir.