Bayram günlərində munisipal nəqliyyat pulsuz olacaq

Manshet Cəmiyyət

Ağdqoma bayramı ilə əlaqədar  paytaxt hökumətinin qərarı ilə aprelin 27-də gecə caat 23.00-da aprelin 28-i saat 04:00 radələrinədək metrodan istifadə pulsuz olacaq.

Nsa.ge 1tv-yə istinadən xəbər verir ki, bu barədə şəhər nəqliyyat idarəsinin rəisi Mamuka Mumladze bildirib.

Mamuka Mumladzenin qeyd etdiyinə görə, Ağdqoma bayramına görə, avtobusların səkkiz əlavə marşrutu işlənib hazırlanmışdır ki, bunlar da metro stansiyalarından qəbiristanlıqlar istiqamətində hərəkət edəcəkdir.

Bu metro stansiyalar bunlardır- Varketili, Vağzal meydanı, Marcanişvili, Saracişvili. Eləcə də Afrika həndəvərindəki ərazidən  qəsəbəyə qəbiristanlıq istiqamətində avtobuslar xidmət göstərəcəkdir. Aprelin 28-də 08:00-dan saat 20:00 radələrinə kimi 60 vahidə qədər avtobus, aprelin 29-da isə 80 vahidə qədər avtobus işləyəcək,- deyə Mumladze bildirib.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir