Bidzina İvanaşvilinin iqamətgahına doğru etiraz yürüşü keçirilib

Cəmiyyət Manshet

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin Qara dəniz sahilində, Şekvetili adlanan ərazidə yerləşən iqamətgahı yaxınlığında etiraz aksiyası keçirilib.

Nsa.ge Report-a istinadən xəbər verir ki, aksiyaya müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvləri ilə yanaşı, ictimai fəallar və gənclər də qoşulub.

Aksiyaçılar “Bidzina, biz gəlirik”, “Qaxaria, get!” şüarları səsləndirərək “Black Sea Arena” konsert zalından B.İvanişvilinin iqamətgahına doğru yürüş ediblər.

İştirakçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası və iyunun 20-21-də Tbilisidə etiraz aksiyası zamanı saxlanılanların azad olunmasını tələb ediblər.