Böyrək çatışmazlığından əziyyət çəkən gəncə yaşaması üçün 70 min dollar lazımdı

Cəmiyyət Manshet

Marneulinin Qızılhacılı kənd sakini Durmuşov Samir böyrək çatışmazlığından əziyyət çəkir.

Samirin 25 yaşı var, o, 3 ildir ki, bu xəstəlikdən əziyyət çəkir. Onun sağlamlığına qovuşması üçün 70 min dollara ehtiyac var.

Gəncin yaxınlarının bildirdiklərinə görə, S. Durmuşovun səhhəti hər-gün dahada pisləşir, onun əməliyyatına tələb olunan məbləğ çox böyükdür və onlar bütün hər kəsdən yardım göstərmələrini xahiş edirlər.

S. Durmuşovun böyrək dəyişdirilmə əməliyyatı Belarusiyanın Minsk şəhərində həyata keçirilməlidir və bu əməliyyatı üçün tələb olunan məbləğ 70 min ABŞ dollarıdır.

Dəstək olmaq istəyənlər bu bank hesabına pul keçirə bilər.
Bank hesabı “Murguzova Zargalam” adınadır.
Bank hesab nömrəsi: GE29BG0000000160979451 (Gürcüstan Bank – Sakartvelo Bank)

Qeyd edək ki, Marneuli rayonunun Qızılhacılı möminləri tərəfindən “Samirə dəstək fondu” yaradılıb, dəstək olmaq istəyən şəxslər əlaqə saxlaya bilərlər. +995 558 470 770 Emil Həsənov.