Böyük həcm mühərrikli və 5 ildən çox köhnə avtomobillər üçün nə dəyişə bilər?

Cəmiyyət Manshet

Parlamentin ətraf mühitin mühafizəsi və təbii resurslar komiteti Tbilisidə hava vəziyyəti haqqında tədqiqatların nəticəsini yayımlayıb.

Nsa.ge Bpn-a istinadən xəbər verir ki, havanın çirklənməsi probleminə müdaxilə məqsədi komitet 2018 ci ildə parlament tarixində ilk dəfə tematik tədqiqata başlayıb.

Tədqiqat çərçivəsində işgüzar qrup yaradılıb. İş qrupu Gürcüstan parlamentinin bütün siyasi subyektlərdən ibarətdir.

Hesabatda qeyd olunur ki, tədqiqatlar və müxtəlif dövlət müəssisələri tərəfinfən verilən məlumatlardan belə qənaətə gəlinir ki, Tbilisidə havanın çirklənməsinin başlıca səbəbi nəqliyyat vasitələrinin tüstüləməsidir.

Sənədə əsasən aparılan tədqiqatlara görə, böyük həcm mühərrikli avtomobillərin sahibləri tez-tez qaz sistemini montaj edirlər. Bu sistemlərin çoxu düzgün işləmir və buda daha çox tüstüləməyə və havanın daha çox çirklənməasinə səbəb olur.

“Söylənilən Fikirlərə görə, vaxtı 5 ildən çox olan avtomobillərin sərhəddə rəsmiləşdirilməsinin şərtləri sərtləşməlidir. Bu ödənişin artmasına da təsir göstərməlidir”- hesabatda deyilir.

NSA.GE