Bu gündən Tbilisi metropoliteninin iş saatları dəyişir

Cəmiyyət Manshet

Bu gündən Tbilisi metropoliteni saat 06:00-dan saat 23:00-dək işləyəcək.

Nsa.ge xəbər verir ki, Tbilisi Nəqliyyat Şirkətinin nümayəndəsi, Tamaz Robakidzenin bəyan etdiyinə görə, metroda elektrik xəttində durum ağırdır və kabelin dəyişdirilməsi lazımdır.

Onun sözlərinə görə, bu vaxta qədər, buna bənzər miqyaslı layihə metroda həyata keçirilməyib.

Metropolitenin yeni cədvəli barəsədində bəyanatı Tbilisi meri, Kaxa Kaladze mayın 5-də verdi.