Bu gündən Tbilisidə avtobusla biletsiz yolçuluq cəriməsi artır

Cəmiyyət Manshet

Bu gündən etibarən, Tbilisidə munisipal nəqliyyat vasitələri ilə, yəni avtobusla biletsiz yolçuluğa görə cərimə artır.

Nsa.ge xəbər verir ki, qayda pozuntusuna görə, vətəndaş artıq 5 lari yerinə 20 lari cərimə ödəməli olacaq.

Dəyişikliyi parlament tərəfindən “İnzibati Hüquqpozuntuları Məcəlləsinə” əlavə edilən yeniliklər nəzərdə tutur.

30 gün ərzində ödənilməyən 20 larilik cərimə, 40 lari olacaq.

Bilet almaq qaydasında da dəyişiklik var.

Yolçu bileti avtobusa çıxılan kimi alınmalıdır. Əks təqdirdə, nəzarətçi tərəfindən, avtobusdan enənə qədər cərimələnə bilər.

Qeyd olunan dəyişikliklərlə bağlı xəbərdarlıq edən löhvələr artıq avtobuslara vurulub.