Bu il 108 məktəb birinci sinif şagirdləri olmadan yeni tədris ilinə başlayacaq – Səbəb?

Cəmiyyət Manshet

Yeni tədris ilində Gürcüstanda 108 dövlət məktəbi birinci sinif şagirdləri olmadan başlayacaq. Bu məktəblərdə heç bir yeni şagird qeydiyyatdan keçməyib.

Bu haqda Nsa.ge İmedi televiziyasına istinadən xəbər verir.

Belə ki, sözü gedən problem kənd məktəblərində müşahidə olunub. Onlardan biri Acarıstanın dağlıq Tsinareti kəndində yerləşir – bu il burada yalnız 17 nəfər təhsil alacaq. Dörd sinifdə şagird yoxdur. Sakinlər şərait və perspektiv olmadığı üçün kəndi tərk edirlər və təhsil almış gənclər buraya qayıtmaqdan imtina edirlər.

Samgerelo bölgəsinin Martvili rayonundakı Doşake kəndinin məktəbi birinci sinif şagirdləri olmadan qalıb. Çətin sosial vəziyyət, iş yerlərinin olmaması, yol infrastrukturunun nasazlığı kəndin getdikcə boşalmasına səbəb olan problemlərdir.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi bildirir ki, dağlıq yaşayış məntəqəsi statusu almış 1731 yaşayış məntəqəsi üçün yaxın iki ildə təxminən 700 milyon lari xərclənəcəkdir. Bu məbləğ məktəblər və uşaq bağçaları tikmək, eləcə də sosial problemlərin həllində istifadə ediləcək. Bununla yanaşı pilot layihələr də həyata keçiriləcək, bunun köməyi ilə yerli tələbələr daha yaxşı təhsil ala biləcəklər.